Nəyə görə 40 yaşdan sonra təzyiq “oynayır”?

  • 2024.05.06 18:36
  • 1455 Baxış
Nəyə görə 40 yaşdan sonra təzyiq “oynayır”?
40 yaşdan sonra ömrü boyu təzyiq problemi olmayan insanda da təzyiq problemləri başlaya bilər.


“Medicina” xəbər verir ki, məşhur ginekoloq, tibb elmləri namizədi Kamil Bəxtiyarov 40 yaşdan sonra təzyiq probleminin səbəbini açıqlayıb:


“40 yaşdan sonra orqanizmdə aktiv hormonal dəyişikliklər gedir,
progesteron və estrogenlər azalır. Bu da həm fizioloji, həm psixoloji dəyişikliklər yaradır, təzyiqi artırır.


Təzyiq vaxtaşırı birdən yüksələ də bilər, artıq 130-dan yuxarı rəqəmlər görünər və ya daimi 140/90-da qala bilər.

Hormonal qasırğadan əlavə, damarların vəziyyəti də pozulur.

Artıq çəki, depressiya, şəkər, ateroskleroz bu yaşdan başlayır.

Əgər vaxtaşırı artıq təzyiq sizi narahat etməyə başladısa, bu müayinələrdən keçin:


- Kardioloq, endokrinoloq qəbulu
- Ümumi qan analizi
- Dəmir, ferritin
- Sidik analizi

- Qanda şəkər

- Xolesterin, lipid

- Damarların dopleri

- USM

- TSH, T3 T4 analizləri

Aygün