Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Professordan dərmanlarla bağlı XƏBƏRDARLIQ

  • 2024.07.30 21:21
  • 1343 Baxış
Professordan dərmanlarla bağlı  XƏBƏRDARLIQ
Temperaturun artması dərmanları yararsız hala sala bilər. İsti havada bəzi dərmanlar təsirini itirir.

Medicina.az xəbər verir ki, bunu professor Dr. Mayk Ren bildirib.

O, isti havalarda aerozol dərmanlarının risk yarada biləcəyini diqqətə çatdırıb:

"Bunlara inhalyatorlar və inhalyasiya edilməli olan digər dərmanlar da daxildir. İstilik maye haldakı və ya enjeksiya edilməli olan vasitələrin qurumasına səbəb ola bilər. Nəticədə, onlar sərtləşəcək və ya buxarlanacaq, ən əsası lazım olduğu kimi təsir etməyəcək".

Həkim bildirib ki, hətta qalxanabənzər vəzlə bağlı dərmanlar və ya doğuşa nəzarət vasitələri də istilik səbəbiylə daha az təsirli ola bilər.

"Dərmanlarınızı isti havada təhlükəsiz saxlamaq üçün onları birbaşa günəş işığından uzaq saxlayın və otaq temperaturunda şkafda, komodində və ya başqa sərin, quru yerdə saxlayın. Həmçinin, heç vaxt dərmanları avtomobildə xüsusi qablaşdırma olmadan saxlamayın", - deyə professor vurğulayıb.


Aysel