Qalxanvari vəzidə problemdən qaynaqlanan – 5 psixi əlamət

  • 2024.05.27 18:09
  • 1113 Baxış
Qalxanvari vəzidə problemdən qaynaqlanan  – 5 psixi əlamət

Qalxanvari vəzdə problemlər mütləq psixoloji durumda özünü göstərir.

“Medicina” xəbər verir ki, endokrinoloq Natalya Mokrışeva ilkin psixi simtpomu açıqlayıb.


“Tədqiqatlar göstərib ki, 40% xəstələr təşviş, qorxu hissi keçirir.

Bu vəziyyət hormonların disbalansından qaynaqlana bilər. Çünki hormonlar mərkəzi sinir sistemini də idarə edir.


Məsələn, sübut olunub ki, hipoteriozlu xəstəərdə klinik depressiya əlamətləri, kədər, apatiya, yorğunluq olur. Bu hormnların az olmasından irəli gəlir.


Yaxşı müalicə edilməyən hipoterioz müxtəlif xroniki xəstəliklərin əsasını qoyur: zob, sonsuzluq, sinir sistemi pozulması, ürək-damar xəstəlikləri və s.


Təşviş həyəcan pozuntusundan başqa digər psixi simptomlar olur. Ən geniş yayılmışı depressiyadır.


Xəstələrin həyata, işə marağı itir, diqqəti yayınır, qıcıqlanır, emosiyaları dağınıq olur, səbri daşır.


Yuxululuq, yuxudan doymamaq, daimi yorğunluq da hipo və hiperteriozda ola bilər.


Əgər sizdə bunlara şübhə varsa, mütləq endokrinoloq müayinəsindən keçin”.

Aygün Musayeva