Qaraciyər yağlanmasına son qoyan içki - İbrahim Saraçoğlu tövsiyə etdi

  • 2024.05.22 15:53
  • 791 Baxış
Qaraciyər yağlanmasına son qoyan içki -  İbrahim Saraçoğlu tövsiyə etdi
Çox hərəkət etmir, qidalanmada karbohidratlara üstünlük verirsinizsə, qaraciyər yağlanmasından əziyyət çəkmə ehtimalı böyükdür. Kök insanlarda və spirtli içki istifadəçilərində də bu hal tez-tez müşahidə olunur.

Bu problemin ilk əlamətlərindən biri isə səhərlər həddən artıq yorğun və halsız hiss etmək, həmçinin gün ərzində çox tərləməkdir.

Medicina.az xəbər verir ki, İbrahim Saraçoğlu qaraciyər yağlanması zamanı ən tez təsir göstərən içkinin reseptini bölüşüb.

“Qaraciyərin sağlam işləməsi üçün ən əhəmiyyətli qidalar cəfəri və limondur. Ona görə də bu iki məhsuldan hazırlanan içki qaraciyərdə yığılmış toksinləri çıxarır, qaraciyərdəki yağı qəti şəkildə azaldır. İdman və pəhrizlə içkinin daha tez təsir göstərməsinə nail ola bilərsiz”.

Həkim bildirib ki, qaraciyər nə qədər yağlıdırsa, infarkt keçirmə riski bir o qədər yüksəkdir.

"8 saat yatsanız belə yorğun oyanırsınızsa, bu, böyük ehtimalla qaraciyərinizin yağlı olması deməkdir.

15-16 sap cəfərini, 1 ədəd limonu və 1 stəkan suyu (200 ml) blenderdən keçirin. Yaranan yaşıl içkini səhərlər acqarına için. Mən bu müalicəni ildə iki dəfə olmaqla, 15 gün tətbiq edirəm. Möcüzə kimi təsir göstərir. Bu müalicə yalnız qaraciyərin yağlanmasını aradan qaldırmır, həm də xolesterolu azaldır”, - deyə İbrahim Saraçoğlu vurğulayıb.


Aysel