Qatı qanın 7 əlaməti – Onkoloq sadaladı

  • 2024.04.25 15:26
  • 879 Baxış
 Qatı qanın 7 əlaməti  – Onkoloq sadaladı

Müntəzəm baş ağrısı belə qan qatılaşmasının əlaməti ola bilər.

“Medicina” xəbər verir ki, onkoloq, professor Aleksandr Pavloviç
hiperkualsion sindomun səbəblərindən danışıb:


“Qan qatılaşdıqda insanda bu əlamətlər yaranır:


- Baş ağrıları
- Hərlənmə
- Ayaqlarda, qollarda uyuşma
- Görmə və eşitmənin pisləşməsi
- Narahatlıq, təşviş pozuntusu
- Əzələlərdə ağrı
- Yuxu pozulması və s


Tibdə qan qatılaşması hiperkiaqulyasion sindrom adlanır.


Səbəbləri: irsi, 50 yaş yuxarı, artıq çəki, xolesterin, siqaret, damar problemləri, iltihabi proseslər, stress, oturaq həyat, xəstəliklər, zəhərlənmə, hamiləlik, və s. ola bilər.


Təhlükəsi ondan ibarətdir ki, qan dövranı pozulur, həyati vacib orqanlar oksigenlə normal qidalanmır.

Böyrəklər, ağciyər, ürək, beynin işi pozulur.


Uzun müddət bu vəziyyət tromboza səbəb olur. Qan laxtalanmasını koaquloqramma ilə müəyyən etmək olar.


Əgər qan qatılaşması varsa, qandurulaşdırıcı təyin edilir. Pasiyent özünə gündə 1 litr su içməklə kömək edə bilər”.

Aygün Musayeva