Qəbizliyə qarşı ömürlük effekt verən çay

  • 2024.06.04 18:18
  • 783 Baxış
Qəbizliyə qarşı ömürlük effekt verən çay
Qəbizlik həzm sisteminin qeyri-müntəzəm işləməsi nəticəsində bağırsaq hərəkətlərinin yavaşladığı bir vəziyyətdir. Buna çox vaxt lifsiz qidalara üstünlük vermək, qeyri-kafi maye qəbulu, oturaq həyat tərzi, stress və ya müəyyən dərmanlar kimi amillər səbəb ola bilər.

Adətən qarın ağrısı, şişkinlik və narahatlıq kimi simptomlarla özünü göstərir.

Medicina.az qəbizliyə qarşı ən təsirli vasitələrdən birini təqdim edir:

Tərkibi:

- 1 çay qaşığı yaşıl çay
- 1 çay qaşığı nanə
- 1 xörək qaşığı sena yarpağı

Hazırlanması:

Bir qazana yarım litr su töküb qaynadın. Lazım olan bütün məhsulları qaynar suya əlavə edin. 10 dəqiqə dəmləyin. Daha sonra çaya 1 çay qaşığı bal əlavə edə bilərsiniz.

Bu çay uzun müddət istifadə üçün uyğun deyil və xroniki xəstəlikləri olan insanların həkimə müraciət etmədən istehlak etməmələri tövsiyə olunur.

Yalnız xroniki qəbizlikdən əziyyət çəkənlər bu çayı gündə 1 stəkan olmaqla, 3 gün içə bilərlər. Daha sonra fasilə verilməlidir.


Aysel