Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qırmızı işıq yuxu keyfiyyətini yaxşılaşdırır?

  • 2024.08.01 10:30
  • 982 Baxış
Qırmızı işıq yuxu keyfiyyətini yaxşılaşdırır?
Mütəxəssislər yuxu ilə melatonin hormonu arasındakı əlaqəyə diqqət çəkiblər. Onlar qırmızı işığın keyfiyyətli yuxu təmin edib-etmədiyini araşdırıblar.

Medicina.az xəbər verir ki, Barselonada yerləşən Vall d'Hebron Universitetinin xəstəxanasında işləyən Aleks Ferre texnoloji cihazlar və süni işıqlandırma sayəsində yuxu keyfiyyətinin azaldığına diqqət çəkib. O, son zamanlar dəb halı alan qırmızı işıq cihazlarını dəyərləndirib. Yuxu təbabəti sahəsində çalışan mütəxəssis qeyd edib ki, 480 nanometrlik işıq spektrində yaşıl və mavi işıqlar melatonini bloklayır: “Alov işığı kimi yansıyan bu işıq spektrinin qalan hissəsi sarı, qırmızı və narıncı, melatonin ritminə mane olmur”.

Alimlər eyni şəkildə “alatoran işığı”n melatonin istehsalını dəstəklədiyini vurğulayıb: Qeyd olunub ki, beyin bu cür işığı qəbul etdikdə, melatonin istehsalına cavabdeh olan epifiz vəziyə əmr verməyə başlayır.

Mütəxəssislər yuxunun keyfiyyəti üçün qırmızı işığın vacib olmadığını və “isti” rənglərə üstünlük verilə biləcəyini də qeyd edib. Bundan əlavə, sağlam yuxu rejimi üçün yatmazdan iki və ya üç saat əvvəl heç bir idman hərəkətinin edilməməsi lazımdır. Onlar yuxu zamanı otağın tamamilə qaranlıq olmasının əhəmiyyətini də qeyd ediblər: “Tam qaranlıqda yatmaq əhəmiyyətlidir. Kənardan nə qədər az işıq gəlsə, bir o qədər yaxşıdır. Otaqda işıq olarsa və ya rəqəmsal zəngli saat varsa, aşağı intensivlikli qırmızı, sarı və ya narıncı işıqlar da yaxşı seçim ola bilər”.

Professor Guillermo Rodriquez isə işıq və melatonin istehsalı arasındakı əlaqəni belə izah edib: “Xüsusilə mobil telefonlar və ya kompüter ekranlarından mavi işığa məruz qaldığımız zaman melatonin istehsalı azalır və bu da bizi oyaq saxlayır. Digər tərəfdən qaranlıq melatonin istehsalını artıraraq bədəni yuxuya hazırlayır. Qırmızı işıq “beyinə rahatlaşdırıcı təsir göstərir, stress və narahatlığı azaldır, yuxunu isə asanlaşdırır. Amma qırmızı işığın yuxu sağlamlığına təsiri hələ dəqiq müəyyən edilməyib”.