Quş qripinə görə fövqəladə vəziyyət elan edildi

  • 2024.05.29 13:43
  • 559 Baxış
Quş qripinə görə  fövqəladə vəziyyət elan edildi
ABŞ-da quş qripi böhranı davam edir.

Medicina.az xəbər verir ki, Ayova ştatında fövqəladə vəziyyət elan edilib.

Ayova ştatının rəsmiləri Sioux qraflığındaki fermada toyuqlarda quş qripi aşkarlandığını təsdiqləyib.

Qubernator Kim Reynoldsun ofisindən verilən açıqlamada bölgədə fövqəladə vəziyyətin 27 iyuna qədər qüvvədə olacağı bildirilib.

ABŞ-da daha əvvəl bəzi inəklərin südündə quş qripi (H5N1) aşkar edilib. Bu inəklərin çiy südünü içən pişiklərin öldüyü açıqlanıb. Həmçinin iki ferma işçisi quş qripinə tutulub.


Aysel