Şaurma alanda bunlara diqqət etmək - vacibdir

  • 2024.05.06 16:22
  • 508 Baxış
Şaurma alanda bunlara diqqət etmək   - vacibdir

Şaurma zəhərlənmə verən fast-food qidaları içində birincidir.


“Medicina” xəbər verir ki, Roskaçestvanın qida təhlükəsizliyi üzrə mərkəzin direktoru Nataliya Kolqanova şaurma barədə açıqlama verib.


“Şaurma hazırlanan yerdə onu hazırlayan və kassada təqdim edənlər mütləq əl gigiyenasına əməl etməli, tez-tez əllər sabunla yuyulmalı və əlçək taxılmalıdır.


Hər şaurmanı təqdim etdikdən sonra elə əlcəkdəcə əllər dezinfeksiya məhlulu ilə təmizlənməlidir.


Şaurma satılan yerdə artıq əşya, geyim, artıq adan və əl-üz yuyanın olmasına diqqət edin.

Əgər əl-üz yuyan və dezinfiksator yoxdursa, ordan almayın.
Digər siqnal məkanın çox isti və basırıq, havasız olmasıdır.

Belə yerlərdə məhsullar tez qıcqırır, baktreriyalar çoxalır, zəhərlənmə riski artır.


Hətta şaurmadan açıq zəhərlənmə olmasa da, ishal, bağırsağın pozulması ola bilər.


Özünüz də şaurmanı yeməzdən öncə əllərinizi sabunla yumalısız”.


Aygün