Səhər və gecə üçün iki fərqli diş fırçanız olmalıdır, əks halda... – Diş həkimlərindən XƏBƏRDARLIQ

  • 2024.05.29 16:40
  • 615 Baxış
Səhər və gecə üçün iki fərqli diş fırçanız olmalıdır, əks halda... –  Diş həkimlərindən XƏBƏRDARLIQ
Gündəlik ağız baxımınızı etdikdən sonra diş fırçanızı mikroblardan qorumaq üçün onu qoruyucu qaba qoyursunuz?

Alimlər diş fırçasını qorumaq üçün nəzərdə tutulan fırça qapaqlarının və örtücü qabların demək olar ki, əks reaksiya verdiyini bildirirlər. Bu isə gözlənilməz diş problemlərinə səbəb ola bilər.

Medicina.az xəbər verir ki, Amerika Diş Həkimləri Assosiasiyası diş fırçası örtüklərinin mikrobları içəridə saxladığı barədə xəbərdarlıq edib.

Bildirilib ki, fırça qapaqları diş fırçalarını bakteriyalardan qorumur, əksinə tükləri nəm saxlayaraq bakteriyaların daha çox inkişaf edə biləcəyi mühit yaradır.

Quru diş fırçası ağız sağlamlığını qorumaq üçün o qədər vacibdir ki, mütəxəssislər biri axşam, digəri səhər olmaqla iki diş fırçasından növbə ilə istifadə etməyi tövsiyə edirlər. Bu cür istifadə fırçaların qurumasına şərait yaradır.

Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri gündə 2 dəfə 2 dəqiqə dişlərinizi fırçalamağı və gündə ən azı 1 dəfə diş ipindən istifadə etməyi tövsiyə edir.

Tədqiqatlar göstərir ki, elektrikli diş fırçaları dişləri təmizləməkdə adi diş fırçalarına nisbətən daha təsirlidir.

Qeyd edilir ki, ağız sağlamlığını qorumaq uzunömürlülük, Alzheimerin qarşısının alınması, aşağı qan təzyiqi və ürək xəstəliyi riskinin azalması üçün vacibdir.


Aysel