Suda doğuş "təhlükəsiz alternativ" ADLANDIRILDI

  • 2024.06.12 18:20
  • 743 Baxış
Suda doğuş "təhlükəsiz alternativ" ADLANDIRILDI
Alimlər suda doğuşla bağlı araşdırmaya imza atıblar.

Medicina.az xəbər verir ki, suda doğuşun “təhlükəsiz alternativ” olduğu bildirilib.

Elmi araşdırma nəticəsində məlum olub ki, suda doğuş körpə və ya onun anası üçün fəsad riskini artırmır.

Kardiff Universitetinin tədqiqatçıları su hovuzunun istifadə edildiyi 73 229 aşağı riskli hamiləlik qeydini təhlil ediblər.
Onlar 2015-2022-ci illər arasında İngiltərə və Uelsdəki 26 səhiyyə təşkilatının qeydlərini qiymətləndiriblər. Sudan kənarda baş verən doğumlar suda baş verən doğumlarla müqayisə edilib.

Nəticələri şərh edən mütəxəssislər suda doğuşun sudan kənarda doğuşa təhlükəsiz alternativ olduğuna diqqət çəkiblər.

Körpələrin suda doğulduqdan sonra ağır xəstələnə və hətta həyatını itirə biləcəyi, anaların şiddətli ağrılar və çoxlu qan itkisi ilə üzləşdiyi iddia edilirdi. Bir çox pediatr suda doğuşun körpələr üçün əlavə risklər daşıya biləcəyindən narahatdır.

Lakin sözügedən araşdırma bunun hamiməliyi yüngül keçirən qadınlar üçün belə olmadığına dair tutarlı sübutlar təqdim edib.

“The Guardian”a görə, İngiltərənin Milli Səhiyyə Xidmətinin (NHS) statistikaları hər il baş verən təxminən 600 min doğuşun 9 faizinin suda baş tutduğunu göstərir.


Aysel