Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sumqayıt Tibb Mərkəzində hamilələrdən daun sindromu analizi götürülür

  • 2024.11.28 16:00
  • 773 Baxış
Sumqayıt Tibb Mərkəzində hamilələrdən daun sindromu analizi   götürülür

Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Xəstəxananın Doğum şöbəsinə 2004-cü il təvəllüdlü şəxs müraciət edib. 25 həftəlik hamiləlik səbəbilə müraciət edən şəxsə tək döl, dölün bətndaxili inkişaf qüsuru diaqnozu təyin edilən pasiyent üzərində diaqnostik amniosentez proseduru icra edilib.


"Medicina" xəbər verir ki,prosedur Doğum şöbəsinin həkim mama-ginekoloqu Nərgiz Nağıyeva tərəfindən uğurla icra olunub. Pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti stabil olan pasiyent ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, amniosentez incə iynə vasitəsilə körpənin su kisəsinə daxil olaraq az miqdarda maye alınması prosesidir.


Ultrasəs altında iynənin hərəkətlərini görməklə həyata keçirilir və məqsəd körpənin genetik xəstəliklərini aşkar etməkdir. Alınan maye körpənin hüceyrələrini ehtiva edir. Bu mayedən hər cür genetik müayinələr etmək mümkündür. Bunlarla yanaşı körpəyə təsir edə biləcək infeksiya şübhəsi olduqda da amniosentez aparılaraq və körpədə infeksiya olub-olmadığı araşdırılır.