Süni intellekt sayəsində təhlükəli viruslar aşkarlandı

  • 2024.04.30 10:00
  • 400 Baxış
Süni intellekt sayəsində təhlükəli viruslar aşkarlandı
Süni intellektdən istifadə etməklə elmə məlum olmayan 191 astrovirus təsnif olunub.

Medicina.az xəbər verir ki, bunu ilk dəfə Vaterloo Universitetinin kanadalı alimləri həyata keçiriblər.

İndiyə kimi fərqli genomlara malik 322 naməlum astrovirus vardısa, bu il onların sayı 479-a yüksəlib.

“İnsanların 2-9%-ə qədəri bu viruslardan birinin daşıyıcısıdır”, - tədqiqatın aparıcı müəllifi Fatemeh Alipur deyib.

Onun sözlərinə görə, bəzi ölkələrdə bu nisbət 30%-ə qədər yüksəlir. O qeyd edib ki, bu virusları öyrənmək onlara qarşı peyvəndin inkişafı üçün çox əhəmiyyətlidir.

Bildirilir ki, astroviruslar ən dağıdıcı və geniş yayılmış patogenlərdir. Hər il 440 mindən çox 5 yaşadək uşaq bu viruslar səbəbilə ölür.

Qeyd edək ki, son günlərdə dünyada yeni ştamları ilə panika yaradan quş qripi də astrovirusdur.

Araşdırmanın nəticələri “Frontiers in Molecular Biosciences” elmi jurnalında dərc olunub.


Aysel