Süni intellektlə təbiətdə mövcud olmayan molekullar istehsal edildi

  • 2024.05.02 10:00
  • 317 Baxış
Süni intellektlə təbiətdə mövcud olmayan molekullar istehsal edildi
İnsan genlərini tənzimləyə bilən süni intellekt aləti yaradılıb.

Medicina.az xarici mətbuata istinadən xəbər verir ki,

İxtira ABŞ-da yerləşən Profluent startapına məxsusdur.

Texnologiya “CRISPR” adlı gen redaktə üsuluna əsaslanır. Xatırladaq ki, “CRISPR” bakteriyaların viruslarla mübarizədə istifadə etdiyi mexanizmdən təsirlənir. Onun müalicə məqsədilə istifadəsinə ilk dəfə ötən il icazə verilib. Ancaq yeni alət bundan xeyli fərqlənir. Belə ki, DNT-ni redaktə etmək üçün təbiətdə mövcud olmayan molekullar, gen tənzimləyiciləri istehsal edir.

“Bunlar Yer üzündə heç vaxt mövcud olmayan mexanizmlərdir”, - deyə Kaliforniya San-Fransisko Universitetinin Biomühəndislik və Terapevtik Elmlər Departamentinin rəhbəri Ceyms Freyzer bildirib.

Qeyd edək ki, alətin xəstəliklərin müalicəsində daha sürətli və dəqiq nəticələr verəcəyi proqnozlaşdırılır.


Aysel