Tərtər xəstəxanasında ilk laporoskopik əməliyyat

  • 2024.05.17 15:28
  • 782 Baxış
Tərtər xəstəxanasında    ilk laporoskopik əməliyyat
Tərtər Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə həyata keçirilən laparoskopik əməliyyat uğurla başa çatıb.



"Medicina" xəbər verir ki, Cərrahiyyə şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Asəf Fərzəliyev və həkim-cərrah İlkin Əlizadə tərəfindən icra olunub.

Eyni gündə iki pasiyent üzərində həyata keçirilən laparoskopik xolesistektomiya (qapalı üsulla öd kisəsinin xaric edilməsi) əməliyyatından sonrası pasiyentlər dinamik nəzarət məqsədilə intensiv terapiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyətləri qənaətbəxşdir.



Xəstənin ailə üzvləri Tərtər Rayon Mərkəzi Xəstəxanasında yaradılan şəraitə, müəssisənin müasir tələblərə cavab verən yeni tibbi avadanlıqlarla təmin olunmasına və bölgə xəstəxanalarının inkişafına verilən dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci-vitse prezident Mehriban xanım Əliyevaya, eləcə də TƏBİB-ə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə öz minnətdarlıqlarını bildiriblər.