Təyyarədə spirtli içki içməyin ağlagəlməz TƏHLÜKƏSİ

  • 2024.06.04 16:56
  • 536 Baxış
Təyyarədə spirtli içki içməyin ağlagəlməz  TƏHLÜKƏSİ
Təyyarədə spirtli içki qəbul etməyin zərərli olduğu üzə çıxıb.

Medicina.az xəbər verir ki, bazar ertəsi “Thorax” elmi jurnalında dərc olunan araşdırma təyyarədə spirtli içki içməyin təhlükəli ola biləcəyini göstərib.

Tədqiqat 8 min futdan (2 min 438 metr) yuxarı hündürlüyə çatan təyyarələrdə hava təzyiqi və oksigen səviyyəsinin, bunun nəticəsində də qanda oksigen doymasının əhəmiyyətli dərəcədə azaldığını diqqətə çatdırıb.

Elmi araşdırma üçün təyyarələrin havadakı hava şəraiti simulyasiya edilib. 48 sağlam və yetkin şəxs 2 gecə ərzində iki fərqli vəziyyətdə dörd saat yatıb. Birində onlar iki qədəh şərab və ya iki qutu pivə içiblər. Digər gecə isə qanlarında spirt olmayıb.

Spirtli içkidən sonrakı yuxu zamanı qanda oksigenin səviyyəsi azaldığı halda, ürək döyüntülərinin sürətləndiyi müşahidə edilib.
Məqalədə, həmçinin vurğulanıb ki, spirt və yuxunun birləşməsi ürək və ağciyər problemləri olan insanların simptomlarını ağırlaşdıra bilər.

Araşdırma çərçivəsində yuxu keyfiyyəti də ölçülüb. Təyyarədə rahat ola bilmədiyi üçün alkoqolla yatmağa çalışanların bu sağlamlıq problemləri ilə yanaşı qısa müddətli başqa problemlər də yaşaya biləcəkləri vurğulanıb. Belə ki, bu yolu seçən sərnişinlərin yuxu keyfiyyəti azaldığı üçün gözlədikləri kimi dincələ bilmirlər. Çünki sərxoş insanlarda REM mərhələsinin daha qısa olduğu görülüb.

Alman Aerokosmik Mərkəzinin Aviasiya Tibb İnstitutundan Dr. İva Maria Elmenhorst müəllifi olduğu tədqiqat haqqında danışarkən, "təyyarələrdə spirtli içki qəbul etməyin" deyib.

Kardioloq Dr. Endryu Friman da deyir ki, tədqiqatın miqyası kiçik olsa da, mühüm bir məqama işarə edir. Sərxoş halda yatmaq xoruldama və yuxu apnesini artırır.

Həkimlər bildirirlər ki, bəzən insanlar içkinin sürətli təsiri barədə düşünür və tez yuxuya getmək üçün içirlər, amma spirtin digər təsirlərini unudurlar.

Bəs uzun uçuşlar zamanı nə etməli?

Friman deyir ki, qəhvə və enerji içkiləri kimi stimulantlardan uzaq durmaq və onlar əvəzinə adi su içmək vacibdir. Hava limanlarında və təyyarələrdə yağlı, duzlu, çox işlənmiş qidalardan uzaq durmaq da tövsiyələr sırasındadır.

O, uçuşdan əvvəl hərəkət edib özünüzü yormağın, uzun uçuşlarda arabir durub yeriməyin faydalı olacağını vurğulayır.

Ekranlardan uzaq durmaq və kənar səslərə maneə törədən qulaqlıqlardan istifadə etmək də yuxuya getməyə kömək edə bilər.


Aysel