Tovuz xəstəxanasının qapısını sındırdılar

  • 2024.05.14 18:47
  • 571 Baxış
Tovuz xəstəxanasının qapısını sındırdılar

Həkimlərə əsəbləşərək traktorla xəstəxanın qapısını sındıran şəxsə hökm oxunub.

Bakupost. az. "Qaynarinfo"ya istinadla xəbər verir ki, hadisə Tovuz Rayon Mərkəzi Xəstəxanasında baş verib.

1993-cü il təvəllüdlü Samir (şərti) Tovuz rayonun Əlibəyli kəndi ərazisində traktorla işləyən zaman ayağını kəsib. O, ayağının kəsilmiş hissəsinə tikiş qoydurmaq üçün Tovuz Rayon Mərkəzi Xəstəxanasinin təcili yardım şöbəsinə gedib.

Xəstə bir saat gözləyib, onunla maraqlanan həkim olmadığından əsəbləşib və səs-küy salıb. O, etiraz əlaməti olaraq istifadəsində olan mini traktorla şöbənin üzərinə sürərək, qapısını sındırıb.

Təqsirləndirilən şəxsin əməlindən peşman olmasını nəzərə alan məhkəmə onu İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 50 manat məbləğində cərimə edib.