Uşaqlar arasında yayılan "ağız-əl-ayaq" xəstəliyi nədir? - Açıqlama

  • 2024.09.25 16:45
  • 1844 Baxış
Uşaqlar arasında yayılan "ağız-əl-ayaq" xəstəliyi nədir? -  Açıqlama
"Koksaki virusu öz gedişi ilə bəzən respirator infeksiyaları xatırladır. Burada hərarət çox yüksək olmur, amma baş və əzələ ağrıları olur. Xəstəlik sanki qripə bənzəyir".


Medicina.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla uşaqlar arasında yayılan infeksiyadan danışarkən deyib.





Onun sözlərinə görə, burada əsas xarakterik cəhətlərdən biri dəridə olan səpkilərdir:

"İkincisi isə diareyanın pozulmasıdır. Əsasən ağız ətrafında, ağız və boğazın selikli qişasında, ovuc hissədə, ayaqlarda, barmaqlarda xırda səpkilər olur".

Professor əlavə edib ki, koksaki virusu PZR testi ilə təyin edilir:

"Amma istəlinən halda virusun müəyyən bir epidemioloji xarakter aldığı vəziyyətdə bununla bağlı rəyi müvafiq qurumlar verməlidir. Çünki onlar laboratoriyada təsdiq edəndən sonra əhaliyə necə davranmaqlarına dair məlumat verməlidirlər".

Qeyd edək ki, son vaxtlarda uşaqlarda səpkili infeksiya müşahidə olunur. "Ağız-əl-ayaq" xəstəliyi adlandırılan bu virusu Koksaki törədir.