ÜST-dən kosmetik məhsullarla bağlı XƏBƏRDARLIQ

  • 2024.07.08 21:13
  • 446 Baxış
ÜST-dən kosmetik məhsullarla bağlı  XƏBƏRDARLIQ
Kosmetik məhsullardakı “talk” mineralının xərçəngə səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib.

Medicina.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi (IARC) kosmetik məhsullarda tapılan “talk” mineralının "insanlarda xərçəngə səbəb ola biləcək mümkün kanserogen" kimi təsnif edildiyini açıqlayıb.

IARC-dən verilən açıqlamada 29 tədqiqatçının kosmetik məhsullarda tapılan “talk”la bağlı elmi araşdırmaları təhlil etdiyi bildirilib.

Mədənlərdə və kağız sənayesində işləyənlərin, eləcə də kosmetik məhsullardan istifadə edənlərin "talk" mineralına məruz qaldığı ifadə edilib.

Tərkibində “talk” olan bədən kirşanını anal nahiyədə istifadə edən qadınlarda yumurtalıq xərçəngi hallarının davamlı olaraq artdığı vurğulanıb.

Açıqlamada "talk"ın "Qrup 2A kanserogen maddəsi olaraq təsnif edildiyi və mineralın sınaq heyvanlarında xərçəngə səbəb olduğuna dair "kifayət qədər sübut" olduğu qeyd edilib.

IARC-nin tapıntıları "The Lancet Oncology" jurnalında dərc olunan məqalədə yer alıb.


Aysel