Xoşbəxtlik hormonunu artıran ən təsirli qidalar - SİYAHI

  • 2024.05.08 18:48
  • 761 Baxış
Xoşbəxtlik hormonunu artıran ən təsirli qidalar -  SİYAHI
Mütəxəssislərin fikrincə, mövsüm keçidlərində xoşbəxtlik hormonunun səviyyəsinin artırılması çox vacibdir.

Balanslı və nizamlı qidalanma xoşbəxtlik hormonunu artırmağın açarlarından biridir. Buna görə də istehlak etdiyiniz qidaları diqqətlə seçərək hormon səviyyələrinizi tarazlaya bilərsiniz.

Medicina.az xəbər verir ki, xüsusilə tərkibində triptofan olan qidalar yemək məsləhətdir. Çünki triptofan bədəndə serotonin istehsalında istifadə olunan bir amin turşusudur. Tərkibində triptofan olan qidalar xoşbəxtlik hormonunu pik həddə çatdıra bilər. Banan, süd və süd məhsulları, toyuq, hinduşka, balıq, yumurta və çərəzlərdə triptofan var.

Omeqa-3 yağ turşuları da beyində serotonin hormonunun səviyyəsini artıra bilər. Xüsusilə qızılbalıq, sardina, ton balığı və qoz Omeqa-3 ilə zəngindir.

Sinir sistemi funksiyalarının tarazlaşdırılması hormonlarınızın daha balanslı olmasına imkan verir. Bu səbəblə, xüsusilə maqnezium əlavələrindən istifadə əhval-ruhiyyəni yaxşılaşdıra bilər. Maqneziumu təbii yolla bədənə qəbul etmək istəyənlər badam, fındıq, ispanaq, avokado və tünd yaşıl yarpaqlı tərəvəzlər istehlak edə bilərlər.

B3 vitamini də serotonin sintezində rol oynayan bir vitamin növüdür. B3 vitamini üçün fıstıq, toyuq, qızılbalıq, ton balığı və qarğıdalı kimi qidalara üstünlük verə bilərsiniz.

Bundan əlavə, tərkibində fol turşusu olan qidalar hormonları tarazlaşdıraraq yaxşı əhval-ruhiyyə qazanmağa kömək edir.

Antioksidantlarla zəngin qidalar qəbul etməklə də də xoşbəxtlik hormonlarınızın səviyyəsini artıra bilərsiniz.

Ədviyyatlardan istifadə də xoşbəxtlik hormonunun ifrazını artıran amillər arasındadır.

Şokolad və banan da xoşbəxtlik dedikdə ağla ilk gələn qidalar siyahısındadır.

Yaz aylarında xoşbəxtlik hormonunu artırmaq üçün mövsümi qidalardan da yararlanmaq olar. Dondurma, çiyələk, enginar kimi qidaların xoşbəxtlik hormonu üçün əhəmiyyətli olduğu vurğulanır.


Aysel