Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yeni xəstəliklərin yaranması bununla bağlıdır - ÜST rəsmisindən açıqlama

  • 2024.06.18 15:32
  • 1408 Baxış
Yeni xəstəliklərin yaranması bununla bağlıdır -  ÜST rəsmisindən açıqlama

Yeni xəstəliklərin yaranması həm də iqlim dəyişikliyi ilə bağlıdır.

“Report” xəbər verir ki, bunu Bakıda COP29-dan əvvəl keçirilən “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal Sammiti çərçivəsində jurnalistlərə açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

O bildirib ki, yeni xəstəliklərin meydana çıxması həm də bununla bağlıdır:

“Səhiyyə işçiləri bu barədə lazımi biliyə malik deyillər. Halbuki məsələ kifayət qədər ciddi və realdır. İnsanlar başa düşməlidirlər ki, bu problemi həll edə bilərlər”.