Yüksək şəkər və aşağı qan – Hansı xərçəngin əlamətidir?

  • 2024.04.23 21:32
  • 655 Baxış
Yüksək şəkər və aşağı qan  – Hansı xərçəngin əlamətidir?

Onkologiyanın ən ağır, çətin növü olan mədəaltı vəz xərçəngi çox sürətlə yayılır, ölüm riski yüksəkdir və başda heç bir əlamət vermir.


“Medicina” xəbər verir ki, onkoloq Liana Sadıkovaq analizlərdə bu dəyişikliklərə diqqət yetirməyi tövsiyə edib.


“Bu orqanın ən aqressiv forması adenosarkomadır. İlbəil artır, daha çox qadınlarda rast gəlinir. Mədəaltı vəz xərçəngində anemiya inkişaf edir, çünki dəmir mənimsənilmir, qanda şəkər də yüksəlir, ürəkbulanma, köp, həzm pozulması baş verir.


Ağrı artıq irəli mərhələdə olur, sağ qabırğaaltında ağrı, qaraciyərin böyüməsi, mexaniki sarılıq.


Lap irəli mərhələdə assit – qarın boşluğuna maye yığılması, qarının şişməsi olur. Ona görə şəkəri olmayan insanın birdən anemiya və şəkəri analizlərdə yüksək çıxarsa, o zaman mədəlatı vəz, onkoloji xəstəlik istisna olunmalıdır”.


Aygün Musayeva