Yüksək təzyiq bu təhlükəli xəstəliyi - yaradır

  • 2024.05.13 19:00
  • 431 Baxış
Yüksək təzyiq bu təhlükəli xəstəliyi  - yaradır

Hipertoniyanın daha bir təhlükəsi sübut olunub.


“Medicina” xəbər verir ki, Boston Universitetinin alimləri qadınlarda miomanın, uşaqlığın xoşxassəli şişinin bir səbəbinin yüksək təzyiqdə olduğunu sübut ediblər.


Tədqiqatda miomasız 2570 qadın iştirak edib. Onların sağlamlığı və təzyiqləri analiz olunub.


Bir neçə illik müşahidələr zamanı 20% qadında mioma inkişaf edib.
Mioma qadınlarda qanamaya, anemiyaya səbəb olur, hamiləliyə maneədir və böyrəklərə problem yaradır.


Nəticələr göstərib ki, təzyiqi yüksəyə meyilli qadınlarda mioma riski daha yüksəkdir.

Hipertoniyadan APF inhibitorları ilə müalicə alan qadınlarda da mioma inkişafı 40% az idi, nəinki qəbul etməyənlərdə.


Aygün Musayeva