Azərbaycanda 5 milyondan çox peyvənd vurulub

  • 2021.10.04 16:16
  • 864 Baxış
Azərbaycanda 5 milyondan çox peyvənd vurulub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 061 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bakupost.az -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 232, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 829 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 8 738 000, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 808 374, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 929 626 təşkil edir.