Azərbaycanda hələ ki, "Omikron” ştamı aşkarlanmayıb

  • 05 Yan 2022 19:20
  • 505 Baxış
Azərbaycanda hələ ki,  "Omikron” ştamı aşkarlanmayıb

Azərbaycan Respublikasında yayılmış SARS-CoV-2 virusunun genetik xüsusiyyətlərinin müəyyən edilməsi məqsədilə hazırda Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Tibbi Genetika bölməsində sekvenləşdirmə çalışması aparılır.

Bu barədə Mərkəzdən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, bu çalışmada üstünlüyü sanitar-epidemioloji xidmətin araşdırmasına əsasən “xaricdə yoluxan” kimi dəyərləndirilmiş COVID-19 PCR test nəticəsi pozitiv olan şəxslər təşkil etməklə, xəstəliyə təkrar yoluxmuş şəxslər, eləcə də təsadüfi seçim əsasında populyasiya arasından COVID-19 PCR test nəticəsi pozitiv olan şəxslərin nümunələri tədqiq edilir.

Diqqətə çatdırılıb ki, bu günədək aparılmış çalışmada “Omikron” variantı ilə uyğun nəticələr aşkar edilməyib.