Azərbaycanda Omikronun olub-olmamasını heç kim deyə bilməz - Həkim radioloq

  • 24 Dek 2021 14:06
  • 794 Baxış
Azərbaycanda Omikronun olub-olmamasını heç kim deyə bilməz  - Həkim radioloq

Ümümdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun yeni ştammı olan “Omicron”un dünyanın 106 ölkəsinə yayıldığını təsdiq edib. “Omicron”dan İsrail, ABŞ, Almaniya və İngiltərədə 14 nəfər dünyasını dəyişib.

Güclü səhiyyə sistemi olan bu ölkələrdə “Omicron” ştammı yayıldığı halda, Azərbaycan da bir nəfərin belə bu ştamma yoluxmamasının səbəbi nədir?

Həkim-radioloq Aydın Əliyev mövzu ilə bağlı açıqlama verib.

“Heç bir həkim, ekspert deyə bilməz ki, “Omicron” ştammı Azərbaycanda yoxdur. Ola bilər ki, laboratoriyada aparılan müayinələrdə hələ ki, “Omicron” aşkar edilməyib, lakin bu o demək deyil ki, Azərbaycanda “Omicron” variantı ümumiyyətlə yoxdur.

Digər tərəfdən, yeni ştammın yayılmasında da bir təhlükə görmürəm. Çünki “Omicron” ştammı yayılan gündən insanların onu ağır keçirməsi barədə məlumat verilməyib, digər ştamların əksinə, daha yüngül formada olur.

ÜST ekspertlərindən biri çox yaxşı fikir söyləyib. Deyib ki, ola bilsin “Omicron” ştammı təbii peyvəndləmə üsulunu yerinə yetirəcək. Yəni insanlar virusu daha yüngül keçirəcək və immunitet formalaşacaq. Ümid ediə və arzulayırıq ki, məhz belə olacaq.

Eyni zamanda, yeni ştammın 100-dən çox ölkədə tapılması yoluxmanın çox olması, ciddi təhlükə sayılmır. Təhlükə odur ki, yeni ştamma yoluxanlar xəstəliyi ağır keçirsin. Yəni yoluxmadan çox xəstəliyi ağır keçirənlərin faizi, nisbəti əsasdır”. /yenisabah.az/