Azərbaycanda rejissor koronavirusa yoluxdu - Vəziyyəti ağırdır

  • 2021.11.12 17:17
  • 1209 Baxış
Azərbaycanda rejissor koronavirusa yoluxdu  - Vəziyyəti ağırdır


Azərbaycanlı rejissor Nicat Rzazadə koronavirusa yoluxub.

Medicina.az xəbər verir ki, rejissor virusa yoluxduqdan 4 gün sonra - 7 noyabrda vəziyyəti ağırlaşdığı üçün Zığ qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalına yerləşdirilib. Hazırda həkimlərin nəzarətində olan rejissorun vəziyyəti ağırdır.

Qeyd edək ki, rejissor Nicat Rzazadə 1974-cü il aprelin 11-də Bakı şəhərində dünyaya gəlib.

O, bir neçə filmlərin, “ATV” telekanalında yayımlanan “Kabusun Kölgəsində” serialı, “Brat Li” kinokomediyası və başqa bu kimi yaradıcı işlərin rejissoru olub. Rejissor koronavirusa yoluxmazdan əvvəl ”Zərbə” adlı yeni serialın üzərində çalışırdı.