Azərbaycanda yaşayış yerini tərk edən koronavirus xəstələrinə - Cinayət işi başlandı

  • 2021.07.30 16:25
  • 1468 Baxış
Azərbaycanda yaşayış yerini tərk edən koronavirus xəstələrinə   - Cinayət işi başlandı
Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, COVID-19 testinin nəticəsi pozitiv olan Şamaxı şəhər sakini Fariz Mikayılova ev şəraitində müalicə təyin edilib və karantin qaydalarına riayət etməsi tapşırılıb.

Lakin o, qaydaları kobud şəkildə pozaraq ictimaiyyət arasına çıxıb və virusun daha çox yayılmasına şərait yaradıb. Həmin şəxs polis əməkdaşları tərəfindən yaşadığı ünvana geri qaytarılıb.

F.Mikayılov barəsində Şamaxı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə cinayət işi başlanılıb.

Nazirliyin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) əməkdaşları tərəfindən koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakini Səyyar Əsgərovun ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı evi tərk etməsi aşkar edilib.

Müəyyən edilən tibbi prosedurlar gözlənilməklə S.Əsgərov yaşadığı evə göndərilib, onun barəsində Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb.