Azərbaycanda yoluxanlar artdı

  • 2022.12.17 17:31
  • 2349 Baxış
Azərbaycanda yoluxanlar artdı
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 106 yeni yoluxma faktı qeydə alınıb, 52 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında 4 nəfər ölüb.

Azərbaycanda indiyədək ümumilikdə 825 337 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 814 801 nəfər müalicə olunaraq sağalıb, 9 986 nəfər vəfat edib, aktiv xəstə sayı 543 nəfərdir.

Ölkədə son sutka ərzində 2184, hazırkı dövrədək isə 7 405 485 test aparılıb.