Azərbaycanda yoluxma davam edir

  • 2023.01.05 19:14
  • 682 Baxış
Azərbaycanda yoluxma davam edir


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 66 yeni yoluxma faktı qeydə alınıb, 83 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.


Azərbaycanda indiyədək ümumilikdə 826 562 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 816 232 nəfər müalicə olunaraq sağalıb, 10 009 nəfər vəfat edib, aktiv xəstə sayı 321 nəfərdir.

Ölkədə son sutka ərzində 1 846, hazırkı dövrədək isə 7 436 506 test aparılıb