Azərbaycanda yoluxma yüksəlir

  • 2022.12.14 17:59
  • 4192 Baxış
Azərbaycanda yoluxma yüksəlir


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 92 yeni yoluxma faktı qeydə alınıb, 63 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.


Azərbaycanda indiyədək ümumilikdə 825 035 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 814 647 nəfər müalicə olunaraq sağalıb, 9 989 nəfər vəfat edib, aktiv xəstə sayı 399 nəfərdir.

Ölkədə son sutka ərzində 1 946, hazırkı dövrədək isə 7 399 992 test aparılıb.