Azərbaycanlı heykəltəraş koronadan ÖLDÜ

  • 2021.11.16 12:59
  • 1561 Baxış
Azərbaycanlı heykəltəraş koronadan  ÖLDÜ
Ukraynanın xalq rəssamı, azərbaycanlı heykəltəraş Seyfəddin Qurbanov vəfat edib.

Medicina.az xəbər verir ki, o, koronavirusdan dünyasını dəyişib.

S.Qurbanov bir müddətdir Türkiyənin Alaniya şəhərində müalicə alırmış.

Qeyd edək ki, Seyfəddin Qurbanov 1962-ci il oktyabrın 19-da Naxçıvan Muxtar Respublikasının Siyaqut kəndində anadan olub.