Azərbaycanlı müğənni karantini pozdu - VİDEO

  • 09 İyl 2020 20:12
  • 2059 Baxış

Binəqədi rayonu Abay Kunanbayev küçəsi, "Bolluq" bazarının yanında qanunsuz olaraq müştərilərə yerində xidmət göstərən paltar mağazası aşkar edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Əlahiddə Çevik Polis Alayının keçirdiyi əməliyyat zamanı mağaza sahibi, orada olan satıcılar və müştərilər inzibati qaydada məsuliyyətə cəlb olunublar və ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə aparılıblar.

Obyektdə karantin qaydalarını pozaraq qapalı məkanda olan şəxslərdən biri də Nəfəs adlı müğənnidir.


X