Bakı Baş Səhiyyə Mərkəzinə yeni rəhbər təyin edildi - RƏSMİ

  • 04 Okt 2021 14:35
  • 251 Baxış
Bakı Baş Səhiyyə Mərkəzinə yeni rəhbər təyin edildi  - RƏSMİ

Bakı Baş Səhiyyə İdarəsi ləğv edilib. Həmin qurumun əvəzinə Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxs yaradılıb.

TƏBİB-in sədr əvəzi Vüqar Qurbanovun müvafiq əmri ilə Elçin Əmirov “Bakı Baş Səhiyyə Mərkəzin” publik hüquqi şəxsinin direktoru təyin edilib.

Qeyd edək ki, E.Əmirov uzun illər Ədliyyə Nazirliyinin Hospitalının rəisi vəzifəsində çalışıb və təyinata qədər “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru olub.