Bakıda aptekdən uşaq yeməkləri oğurlayan şəxs saxlanıldı

  • 2023.06.08 16:26
  • 1414 Baxış
Bakıda aptekdən uşaq yeməkləri  oğurlayan şəxs saxlanıldı
Mayın 4-də paytaxtın Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən apteklərin birindən uşaq yeməkləri oğurlamaqda şübhəli bilinən qəsəbə sakini 21 yaşlı İlkin Məmişov polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Medicina.az -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.

O bildirib ki, məhkəmənin qərarı ilə həmin şəxs 20 sutka inzibati qaydada həbs edilib: “Onun uşaq yeməyini övladı üçün oğurlaması iddiaları həqiqəti əks etdirmir".

"Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsində aparılan araşdırmalarla onun uşaq yeməklərini satmaq məqsədilə oğurlaması məlum olub və o, bunu izahatında da etiraf edib”, - DİN rəsmisi vurğulayıb.