Bakıda məktəblərdə koronavirusa yoluxma - Siniflər bağlandı

  • 2021.10.06 15:07
  • 1082 Baxış
Bakıda məktəblərdə koronavirusa yoluxma -  Siniflər bağlandı
Bakıda iki məktəbin şagirdləri arasında COVID-19-a yoluxma faktları olduğundan bir neçə sinif distant təhsilə keçib.

Medicina.az xəbər verir ki, Tahir Həsənov adına 23 nömrəli məktəbin üç sinfində şagirdlərin COVID-19 infeksiyasına yoluxması təsdiq olunduğu üçün həmin sinifdə əyani tədris prosesi 14 gün müddətində distant təhsillə əvəz olunub.

Analoji hadisə Baku-Oxford School-da da qeydə alınıb. Belə ki, həmin təhsil ocağında da yoluxma səbəbindən bir sinif distant təhsilə keçib.

Xatırladaq ki, bundan əvvəl 162 nömrəli tam orta məktəbin 8 ç sinfində üç şagirdin COVID-19 infeksiyasına yoluxması təsdiq olunduğu üçün həmin sinifdə əyani tədris prosesi 14 gün müddətində distant təhsillə əvəz olunub.

Qeyd edək ki, hər üç məktəbdə əyani təhsil davam edir.