Bakıda qadın xəstənin döyünən ürəyində əməliyyat edildi

  • 2023.09.19 16:17
  • 1261 Baxış
Bakıda qadın xəstənin döyünən ürəyində  əməliyyat edildi

Bakıda “Yeni Klinika” tibb müəssisəsində ilk dəfə olaraq icbari tibbi sığortanın Xidmətlər Zərfi daxilində döyünən ürəkdə aorta koronar şuntlama əməliyyatı (AKŞ) icra olunub.

"Medicina" xəbər verir ki,1961-ci il təvəllüdlü Cəmilə Kərimovanın (xəstənin razılığı ilə məlumatlar təqdim edilir) ürək damarında - sol ön enən arteriyanın (LAD) proksimalının uzun seqmentinin 100% darlığı müşahidə edilib.

Ürək-damar cərrahları tərəfindən açıq ürək əməliyyatına alınan xəstəyə döyünən ürəkdə (Off Pump - Beating Heart) aorta koronar şuntlama əməliyyatı icra olunub.

Uğurla həyata keçirilən döyünən ürəkdə AKŞ əməliyyatından 4 gün sonra xəstə ambulator müalicə üçün evə yazılıb.

Qeyd edək ki, daha öncə Xidmətlər Zərfi daxilində aorta koronar şuntlama əməliyyatının (AKŞ) icra olunduğu "Yeni Klinika"da döyünən ürəkdə AKŞ əməliyyatı da ilk dəfə olaraq həyata keçirilib.