Balıq yağı əlavələrinin Alzheimer xəstəliyinin qarşısını aldığı ilə bağlı yayılmış fikir yeni araşdırma ilə təsdiqlənməyib.
Medicina.az xəbər verir ki, 55–80 yaş arasında Alzheymer riski yüksək olan 365 nəfərin iştirak etdiyi tədqiqatda iki il ərzində balıq yağı qəbul edənlərlə plasebo qəbul edənlər müqayisə edilib.
Nəticədə yaddaş, düşünmə qabiliyyəti və beyin sağlamlığı baxımından qruplar arasında ciddi fərq aşkarlanmayıb.
Mütəxəssislər bildirirlər ki, balıq yağı ürək və ümumi sağlamlıq üçün faydalı ola bilər. Ancaq araşdırma göstərir ki, təkcə bu əlavəni qəbul etmək Alzheimer riskini azaltmır.
Həkimlər beyin sağlamlığını qorumaq üçün balanslı qidalanma, fiziki aktivlik və sağlam həyat tərzinə üstünlük verməyi tövsiyə edirlər.
Xanım,
Medicina.az