Baş dərisi beyin kimi qıvrılan kişi necə müalicə edildi?

  • 2026.07.31 22:32
  • 141 Baxış
Baş dərisi beyin  kimi qıvrılan kişi    necə müalicə edildi?


Baş dərisində beynin strukturuna bənzər qıvrımlar, qırışlar açılan Xiao Li adlı bir çinli kişi bundan xilas olmaq üçün yollar axtarırdı.

Lakin bədbəxtliklərdən ölü və bərkimiş dəri ləkələri çoxaldı, baş dərisində dərin qırışlar və qıvrımlar əmələ gəldi və nəticədə Xiaonun başı insan beyninə bənzəməyə başladı.


Medicina.az xəbər verir ki, 23 yaşlı kişi görünüşü ilə bağlı ciddi stress keçirirdi və həkimlərin fikrincə, xəstəlik çox nadir və müalicə olunmayacaq dərəcədə ciddi idi.


Nəhayət, Uhan Universitet Xəstəxanasının həkimləri Xiaonun diaqnozu ilə maraqlandılar. 11 ay ərzində onlar xəstəyə duzlu məhlul vuraraq və başının arxasındakı sağlam dərini uzatmaqla dəri "genişləndirmək" proseduru həyata keçirdilər.

Son olaraq, üç saatlıq əməliyyatın vaxtı çatanda cərrahlar təsirlənmiş dərini çıxararaq qan damarlarını və sinirləri qoruyub saxladılar və sonra yetişdirdikləri sağlam transplantatlarla yaranı bağladılar. İndi kişinin baş dərisi normal görünür və tükləri yenidən böyüyə bilər.


Aygün Musayeva