Baş nazirin koronavirusa yoluxan müavini vəfat etdi

  • 2020.09.20 18:03
  • 2048 Baxış
Baş nazirin koronavirusa yoluxan müavini   vəfat etdi
Özbəkistan Baş nazirinin müavini, hökumətdə kənd təsərrüfatı və ərzaq sahəsinə cavabdehlik daşıyan Uktam Barnoyev vəfat edib.

Medicina.az xəbər verir ki, Özbəkistan Nazirlər Kabinetinin Operativ Qərargahı 56 yaşlı U. Barnoyevin yeni növ koronavirusa (COVİD-19) yoluxma nəticəsində vəfat etdiyini açıqlayıb.

Qeyd edək ki, Özbəkistan Səhiyyə Nazirliyi iyulun sonlarında COVİD-19-a yoluxduğu aşkarlanan U. Barnoyevin xəstəxanaya yerləşdirildiyi barədə məlumat yayıb. Sonradan Baş nazirin müavininin Daşkənddə, daha sonra isə Almaniyada klinikalardan birində müalicə aldığı məlum olmuşdu.