Baş və boyun xərçəngi riskinə qarşı yeni saqqız

  • 2026.08.05 15:48
  • 145 Baxış
Baş və boyun xərçəngi riskinə qarşı yeni saqqız

ABŞ alimləri insan papillomavirusuna (HPV) qarşı təsir göstərə biləcək yeni saqqız hazırlayıblar.

Medicina.az xəbər verir ki, ilk laboratoriya sınaqlarında saqqız tüpürcəkdə virusun miqdarını 93 faiz azaldıb.

Araşdırma baş və boyun xərçəngi olan xəstələrdən götürülmüş ağız boşluğu nümunələri üzərində aparılıb. Saqqızın tərkibində lobya bitkisindən əldə edilən təbii antiviral zülal var.

Tədqiqat zamanı saqqızın baş və boyun xərçəngi ilə əlaqəli bəzi zərərli bakteriyaların səviyyəsini də demək olar ki, tam aradan qaldırdığı müəyyən edilib.

Alimlər bildirirlər ki, nəticələr ümidverici olsa da, bu saqqız hələ müalicə vasitəsi hesab edilmir. Onun insanlarda təhlükəsiz və effektiv olub-olmadığını müəyyən etmək üçün əlavə klinik sınaqlar aparılmalıdır.

Xanım,
Medicina.az