Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bazar gününün hava proqnozu

  • 2021.09.04 12:56
  • 3170 Baxış
Bazar gününün hava proqnozu

Sentyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb.

ETSN-dən Medicina.az -a bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 18-20° isti, gündüz 26-29° isti, Bakıda gecə 18-20° isti, gündüz 26-28° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında: Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20° isti, gündüz 27-32° isti, dağlarda gecə 7-12° isti, gündüz 18-23° isti olacaq.