Belçikanın XİN başçısı koronavirusa yoluxdu

  • 2020.10.17 17:41
  • 42736 Baxış
Belçikanın XİN başçısı koronavirusa yoluxdu

Belçikanın Xarici işlər naziri Sofi Vilmes koronavirusa yoluxub.

Medicina.az xəbər verir ki, nazir bunu tvitter səhifəsində yazıb.

Vilmes bildirib ki, COVİD-19-a görə verdiyi testin nəticəsi müsbət olub. O, ailəsinin çevrəsindəkilərdən yoluxduğunu ehtimal edib. Nazir özünü təcrid etdiyini də yazıb.

Qeyd edək ki, Sofi Vilmes oktyabrın 12-də Avropa İttifaqına üzv dövlətlərin XİN başçıları Şurasının toplantısında iştirak edib.