Beyin toxuması 12 saat canlı qaldı - Tibbdə İLK

  • 2021.11.29 17:15
  • 931 Baxış
Beyin toxuması 12 saat canlı qaldı -  Tibbdə İLK
Bir qrup tədqiqatçı tibb dünyasında əsaslı tədqiqata imza atıb.

Medicina.az xəbər verir ki, Kopenhagen Universitetindən Emma Lous və komandası xəstədən beyin toxumasının bir parçasını götürüb.

Komanda əvvəlcə 1 sm beyin toxumasını soyudub və onu oksigendə saxlayıb.

Beləliklə, hüceyrələr sağ qalıb. Tədqiqatçılar toxumanı onurğa mayesi ilə eyni tərkibli qarışığa qoyublar. Onlar insanın 1 sm beyin toxumasını 12 saat canlı saxlaya biliblər.