Binanın girişinə atılan körpənin səhhəti ilə bağlı AÇIQLAMA

  • 2021.11.24 13:37
  • 751 Baxış
Binanın girişinə atılan körpənin səhhəti ilə bağlı  AÇIQLAMA
Kliniki Tibbi Mərkəzin tabeliyindəki Ə.F.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilən 14 günlük atılmış körpənin vəziyyəti yaxşılaşıb.


Mərkəzdən Medicina.az -a verilən açıqlamada bildirilib ki, gətirilərkən vəziyyəti orta-ağır olan körpə, həkimlərimizin səyi nəticəsində sağalmaq üzrədir.

Körpənin vəziyyəti tam yaxşılaşdıqdan yenidən 1 saylı Körpələr Evinə qaytarılacaq.

Qeyd edək ki, uşaq Nəsimi rayonundakı yaşayış binalarından birinin giriş qapısının qarşısında tapılaraq 1 saylı Körpələr Evinə yerləşdirilsə də, səhhətində müəyyən problemlər olduğundan noyabrın 21-də 2 saylı Kliniki Uşaq Xəstəxanasına gətirilmişdi.