Bir-iki ilə koronavirus qrip kimi olacaq - Rusiyalı ekspert

  • 27 Sen 2021 15:27
  • 353 Baxış
Bir-iki ilə koronavirus qrip kimi olacaq -  Rusiyalı ekspert
Koronavirus infeksiyası ölkədə 80 faiz kollektiv immunitet olacağı halda mövsümi xəstəliyə çevrilə bilər.

Bu barədə Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidmətinin (“Rospotrebnadzor”) Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini Aleksandr Qorelov danışıb.

A.Qorelovun sözlərinə görə, kollektiv immunitetə nail olmaq üçün vaksinasiya templəri yüksəldilməlidir.