Birincili və ikincili cinsi əlamətlər nədir? - Uroloq açıqladı

  • 2021.11.08 14:59
  • 4487 Baxış
Birincili və ikincili cinsi əlamətlər nədir? -   Uroloq açıqladı
Yeni doğulmuş oğlan uşaqları qız uşaqlarından artıq birincili cinsi əlamətlərinə görə fərqlənir.

Birincili cinsi əlamətlər dedikdə xarici və daxili cinsiyyət üzvləri nəzərdə tutulur.Cinsi inkişaf dövründə isə ikincili cinsi əlamətlər meydana çıxır.Oğlanlarda xayaların və xarici cinsiyyət üzvünün ölçüləri böyüyür sonra isə tüklənmə başlayır.Əvvəlcə qasıq nahiyyəsində tüklər meydana çıxır,ardınca budlar,göbək ətrafı,qoltuqaltı,üst dodaq nahiyyəsi tüklənir.

Digər ikincili əlamətlərə səsin dəyişməsi və sümük-əzələ sisteminin inkişafı aiddir.Oğlanlarda səs telləri uzanır və qalınlaşır,nəticədə səs daha aşağı tembrli olur.Çənə və çiyin sümükləri inkişaf edir,əzələ kütləsi qızlara nisbətən təxminən 2 dəfə çox olur.

Bütün bu sadaladıqlarımız oğlanlarda 13,5-14 yaşdan başlayır və 18-19 yaşda yekunlaşır.Əgər cinsi inkişaf gözlənilən vaxtdan 2-2,5 il gec başlayarsa artıq cinsi inkişafın ləngiməsinə şübhə yaranır.

Oğlanlarda cinsi inkişafın ləngiməsinə gətirən bir sıra səbəblər ola bilər. Xromosom anomaliyalarinda,məsələn,Klaynfelter sindromunda oğlanların genotipində əlavə X-xromosom olur.

-Bundan əlavə bəzi genetik xəstəliklərdə cinsiyyət hormonlarının ifrazı pozulur ki, bu da cinsi inkişafın ləngiməsinə gətirir.
-Baş beyin şişləri,
-Şəkərli diabet,
-Bəzi böyrək xəstəlikləri və
-Mukovissidoz da cinsi inkişafın ləngiməsinə səbəb ola bilir.

Diaqnostika üçün qanın kariotip müayinəsi,sümük yaşını təyin etmək üçün əl və bilək sümüklərinin rentgen müayinəsi,baş beyin şişlərini inkar etmək üçün kompyuter tomoqrafiya(KT) və maqnit rezonans tomoqrafiya(MRT) aparılır.

-Cinsi inkişafın ləngiməsinin səbəi xroniki xəstəliklərdisə,bu xəstəliklərin müalicəsindən sonra cinsi inkişafın tempi bərpa olunur.Problemin kökündə genetik xəstəliklər dayanırsa,cinsi inkişafı normallaşdırmaq üçün köməkçi hormon müalicəsi təyin olunur.Müayinədə baş beyin şişi aşkar olunubsa,bu şiş cərrahi yolla çıxarılmalıdır.

Ətraflı məlumat üçün:
- (012)430 89 89
-(050,055,070) 430 89 89
- 055 430 89 89 (whatsapp)
-Bakı şəhəri, Nəsimi rayonu, S.C.Pişəvəri küç. 110, BİOLOJİ TƏBABƏT KLİNİKASI