Bu 3 içki bədəndə suyu daha uzun saxlayır

  • 2026.08.05 16:14
  • 149 Baxış
Bu 3 içki bədəndə suyu daha uzun saxlayır

Şotlandiyanın Sent-Endrüs Universitetinin araşdırmasına görə, bəzi içkilər isti havalarda orqanizmdə suyu adi sudan daha uzun müddət saxlaya bilir.

Medicina.az xəbər verir ki, tədqiqat zamanı 72 könüllü üzərində 13 fərqli içkinin təsiri müqayisə edilib.

Nəticədə oral rehidratasiya məhlulu (ORS), yağsız süd və tam yağlı süd suya nisbətən daha yüksək nəmləndirmə göstəricisi nümayiş etdirib.

Alimlərin sözlərinə görə, bu içkilərin tərkibində olan elektrolitlər, zülallar və karbohidratlar suyun bədəndə daha uzun qalmasına kömək edir. Xüsusilə isti hava, uzunmüddətli fiziki fəaliyyət və ya maye itkisi zamanı bu içkilər faydalı ola bilər.

Bununla belə, mütəxəssislər bildirirlər ki, gündəlik istifadə üçün əsas içki yenə də sudur. Süd və rehidratasiya məhlulları isə xüsusi ehtiyac yaranan hallarda daha uyğun seçim hesab olunur.

Xanım,
Medicina.az