Bu çay qan təzyiqini aşağı salmağa kömək edir

  • 2026.07.15 11:53
  • 262 Baxış
Bu çay qan təzyiqini aşağı salmağa kömək edir

Yeni elmi araşdırmalar hibiskus (Hibiscus sabdariffa) çayının yüksək qan təzyiqinin aşağı salınmasına kömək edə biləcəyini göstərir.

Medicina.az Fransız mətbuatına istinadla xəbər verir ki, gündə 2–3 fincan hibiskus çayının 4–6 həftə ərzində qəbulu qan təzyiqində nəzərəçarpacaq azalma yarada bilər.

Bildirilib ki, hibiskus qan damarlarını genişləndirən və antioksidant təsir göstərən maddələrlə zəngindir. Bununla belə, onlar vurğulayırlar ki, bu çay həkimin təyin etdiyi təzyiq dərmanlarını əvəz etmir və yalnız əlavə vasitə kimi istifadə olunmalıdır.

Xanım,
Medicina.az