Bu gün koviddən 1 nəfər ölüb - SAY

  • 07 İyn 2022 16:54
  • 671 Baxış
Bu gün koviddən 1 nəfər ölüb   - SAY


Azərbaycan Respublikasında son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 10 yeni yoluxma faktı qeydə alınıb, 7 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən bir nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 792 820 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 049 nəfər müalicə olunaraq sağalıb, 9 714 nəfər vəfat edib, aktiv xəstə sayı 57 nəfərdir.

Ölkədə son sutka ərzində 2 508, hazırkı dövrədək isə 6 911 894 test aparılıb.